Qadin.NET / Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ

Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ

 


"Forbes" jurnalı Rusiyanın ən varlı 200 iş adamının növbəti reytinqini açıqlayıb.

Reytinqdə 5 həmyerlimiz də yer alıb.
Milli.Az Forbes-ə istinadən bildirir ki, siyahıda "LUKoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov, "Ukraina" otelinin sahibi Zarax İliyev, "Kiyevskaya Ploşad" ASC-nin direktorlar şurasının sədri Qod Nisanov, ACT qrupunun prezidenti Telman İsmayılov və iş adamı İlham Rəhimov var.
63 yaşlı V.Ələkbərov 13,6 milyard dollarlıq varidatla reytinqdə 7-ci yerdədir. Ötən illə müqayisədə onun varidatı 1,2 milyard dollar azalıb.
47 yaşlı Zarax İliyev 3,6 milyard dollarlıq sərvətlə 30-cu yerdədir.
31-ci pillədə 41 yaşlı Qod Nisanov bərqərar olub. Onun varidatı 3,6 milyard dollardır. Ötən illə müqayisədə Q.Nisanov reytinqdə 6 pillə irəliləyib.

57 yaşlı Telman İsmayılov 0,75 milyard dollarlıq sərvətlə reytinqin 127-ci pilləsindədir.
İş adamı İlham Rəhimov isə 500 milyon dollarlıq varidatla "Forbes" reytinqinin 187-ci pilləsindədir.
Mənbə:Milli.Az

 

18 aprel 2014
GO BACK