"Bavariya" klubunun futbolçusu Frank Riberi komandasının Bundesliqanın son turlarında uğursuz çıxışı haqda danışıb.
Milli.Az qol.az-a istinadən bildirir ki, fransız futbolçu "goal.com"a açıqlamasında artıq yorulduqlarını deyib: "Bəli, çempionluğu çox erkən təmin etdik. Bu da bizim növbəti oyunlara köklənməyimizə mane olur. Unutmayaq ki, biz robot deyilik, insanıq, yorula bilərik. Komandada yorğunluq hiss olunur. "Bavariya" hər oyunda qələbə qazanmalıdır. Ancaq bu, futbolda mümkün deyil"
Mənbə:Milli.Az