Miroslav Klozenin meneceri onun "Latsio"dan ayrılmaq istədiyini bildirdi.
Milli.Az goal.com-a istinadən xəbər verir ki, meneceri "Latsio"da uzun müddətdir top qovan Miroslav Klozenin artıq başqa klublarla danışıqlar apardığını söylədi.
Ulduz oyunçunun meneceri "Lazionews.eu"-ya verdiyi açıqlamasında: ""Latsio" ilə danışıqlarımız oldu. Hazırda hələ yeni müqavilə bağlamamışıq. Başqa klublar ilə də danışıqlar apardığımızı inkar etmirəm. Ancaq "Latsio"dan bir təklif gəlsə, bunu dəyərləndirib, yolumuza burada davam edəcəyik", - bildirib.
Mənbə:Milli.Az