Qadin.NET / Dərnəgül bazarının işıqlarını kim kəsdi?

Dərnəgül bazarının işıqlarını kim kəsdi?


15 gündən artıqdır ki, Dərnəgül taxta bazarına elektrik enerjisinin verilməsi dayandırılıb
Milli.Az xəbər verir ki, sahibkarların “Qafqazinfo”ya verdikləri xəbərə görə, elektrikin hansı səbəbdən kəsilməsi bəlli deyil: 

“Burada 1000-dən çox obyekt var. 15 gündür ki, heç bir iş görə bilmirik. Hamımız vaxtında elektrik pulunu ödəyirik. Əhaliyə 6 qəpiyə verilən işıq üçün biz hər KVt-a görə 15 qəpik ödəyirik. Heç buna etiraz da etmirik. Amma işıqların söndürülməsi işimizi tam dayandırıb”.

Sahibkarlar bildiriblər ki, onlara verilən qeyri-rəsmi məlumatda bildirilir ki, elektrikin kəsilməsi FHN-in müraciəti əsasında olub.

Mənbə:Milli.Az

18 aprel 2014
GO BACK