Futbol üzrə Türkiyə Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Antalyaspor" doğma meydanda "Əskişəhərspor"la qarşılaşıb. İlk oyunda minimal hesabla qələbə qazanan Əskişəhər təmsilçisi səfərdə də qələbə qazanaraq, adını finala yazdırıb. Beləliklə, Türkiyə Kubokunun həlledici oyununda "Qalatasaray"la "Əskişəhərspor" qarşılaşacaq.
Türkiyə Kuboku
Yarımfinal (cavab oyunları)
16 aprel
Bursaspor - Qalatasaray - 2:5 (ilk oyun - 2:2)
17 aprel
Antalyaspor - Əskişəhərspor - 1:3 (ilk oyun - 0:1)
Mənbə:Milli.Az