Qadin.NET / Facebook-dan Türkiyəyə qarşı səhv addım

Facebook-dan Türkiyəyə qarşı səhv addım


Vanlılar şəhərlərinın yanlış göstərilməsinə qarşı etiraz ediblər
Dünyanın ən populyar sosial şəbəkə saytlarından biri hesab edilən "Facebook" Türkiyəyə qarşı səhv addım atıb.

Anspress-in xəbərinə görə, "Facebook" sosial şəbəkə saytının Türkiyədəki istifadəçiləri şirkətə öz etirazlarını bildiriblər. Belə ki, Türkiyənin Vandakı istifadəçiləri "Facebook"un şəhər kateqoriyasında Vanın keçmiş Urartu dilində adı olan Tuşba kimi göstərildiyini deyiblər.

Buna görə də vanlılar dünəndən bəri onların şəhərlərinın yanlış göstərilməsinə qarşı bir sıra etiraz xarakterli statuslar yazıblar.

Şirkətin niyə belə bir addım atması, Vanın köhnə adını istifadə etməsi çox maraqlıdır. Urartuca "Günəş şəhəri" mənasını verən Tuşba adı Van Böyükşəhər bələdiyyəsi elan edildikdən sonra yeni yaradılan mərkəz rayonlarından birinə verilib.

Xatırladaq ki, "Facebook"da buna bənzər hallar bir neçə dəfə təkrarlanıb və sonradan edilən səhv aradan qaldırılıb.

Mənbə: Milli.Az

18 aprel 2014
GO BACK