İspaniya Kral Kubokunun finalında "Real"a məğlub olan "Barselona" iki əsas heyət üzvünü itirib.
Milli.Az idmanxeber.com-a istinadən xəbər verir ki, Kataloniya klubunun braziliyalı futbolçusu Neymar və ispan Xordi Alba "Kral" klubu ilə oyunda zədələnib. "Barselona"nın rəsmi saytının yaydığı xəbərə görə, Alba sağ ombanın ikibaşlı əzələsindən ciddi zədə alıb və azı 3-4 həftə yaşıl meydanlardan kənar qalacaq. Braziliyalı Neymarın isə ayağında şiş aşkarlanıb və azı 1 ay müalicə alacaq.
Bununla da hər iki futbolçu "Atletik" (Bilbao), "Xetafe", "Vilyareal", "Elçe" matçlarını buraxmalı olacaq.
Mənbə:Milli.Az