Qadin.NET / Türkiyə parlamenti kəşfiyyat haqqında qanuna dəyişiklikləri qəbul etdi

Türkiyə parlamenti kəşfiyyat haqqında qanuna dəyişiklikləri qəbul etdi


Türkiyə Böyük Millət Məclisi (TBMM) kəşfiyyat xidmətinin (MİT) fəaliyyəti haqqında qanuna dəyişiklikləri təsdiqləyib
 Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Məlumata əsasən, dəyişikliklərə görə, artıq kəşfiyyat xidməti əməkdaşları dövlətçiliyin qorunması üçün hakimiyyətdən verilən tapşırıqları da yerinə yetirəcəklər.

Dəyişikliklərə əsasən, kəşfiyyat xidmətinin əməkdaşları barəsində işə yalnız Türkiyənin Ali Məhkəməsində baxılacaq, məhkəmənin kəşfiyyat xidmətinin əməkdaşları barəsində hökm və qərarlarına yenidən baxılmayacaq, Türkiyənin kəşfiyyat təşkilatının (MİT) əməkdaşlarının ailə üzvləri terrorizmlə mübarizə çərçivəsində dövlət tərəfindən mühafizə olunacaqlar.

Qeyd edək ki, bu il fevralın 24-də TBMM-in daxili işlər üzrə komissiyası qanuna dəyişiklikləri bəyənmişdi.

Mənbə:Milli.Az

18 aprel 2014
GO BACK