Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, “Azadkənd-İmişli” magistral qaz kəmərinin 86, 90,5 və 96-cı kilometrlərində və “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərinin 117, 117,2, 127,5 və 136,6-cı kilometrlərində əmələ gəlmiş qaz sızmalarının ləğvi, həmçinin “Göyçay-2” qazpaylayıcı stansiyasında kollektor üzərində yenidənqurma işləri ilə əlaqədar bu gün saat 18:00-dək Göyçay və İmişli rayonlarına, eləcə də Saatlı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Mənbə:Milli.Az