Qadin.NET / "Mançester Siti" PSJ-nin təklifini rədd etdi

"Mançester Siti" PSJ-nin təklifini rədd etdi


Fransanın PSJ klubu mövsümün sonunda "Mançester Siti"nin futbolçusuYaya Tureni transfer etməyi planlaşdırır. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi artıq bununla bağlı ingilis klubuna rəsmi müraciət edib. Lakin "şəhərlilər" Tureni satmağı düşünmürlər. Yüksək məbləğ qarşılığında belə Tureni komandada saxlamağa çalışan "Mançester Siti"nin rəhbərliyi hətta futbolçunun maaşını da artırmağa hazır olduqlarını açıqlayıblar. 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2010-cu ildə "Barselona"dan "Mançester Siti"yə transfer olunmuşdu. 

Mənbə:Milli.Az

18 aprel 2014
GO BACK