Qadin.NET / İnternet üçün pilotçuz təyyarələr

İnternet üçün pilotçuz təyyarələr

 


ABŞ Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) internetin çatdırılması üçün pilotsuz uçan aparatlardan istifadə etməyi planlaşdırır.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, DARPA pilotsuz uçan aparatları yüksəksürətli simsiz internetə çıxış nöqtələri kimi istifadə etmək üçün hazırlayır. Agentlik artıq aparatların ilk sınaqlarını başa çatdırıb. Texnologiyadan əsasən ucqar ərazilərdə yerləşən hərbi hissələrin internetə çıxışının təmini üçün istifadə olunacağı nəzərdə tutulur.
 
Texnologiyanın işlənməsi prosesində əsas çətinlik idarə olunan antenaların və güclü radiogücləndiricilərin yaradılmasında olub. Qurğular pilotsuz uçan aparatlarda quraşdırılacaq ki, onların da köməyi ilə DARPA adətən müşahidələr aparır.
 
Ucqar ərazilərin internetlə təmin edilməsi üzrə layihəyə 2012-ci ildə start verilib. 2014-cü ilin martında texnologiyanın hazırlanmasının ikinci mərhələsi başlayıb. İkinci fazada simsiz internetə çıxış nöqtələri yerüstü nəqliyyat vasitələrində quraşdırılacaq. Layihənin sonuncu - üçüncü və dördüncü mərhələsində aparatların sınaqları keçiriləcək.
Mənbə:Milli.az

 

18 aprel 2014
GO BACK