Qadin.NET / Stiv Cobs belə demişdi

Stiv Cobs belə demişdi

 

Milli.Az ICTnews-a istinadən Apple şirkətinin əvəzsiz lideri Stiv Cobsun ən yaxşı sitatlarını təqdim edir:

 

Nəyi əldə edib nəyi itirəcəyin barədə düşünməyə son verməyin ən yaxşı üsulu öz ölümünü gözünün qabağına gətirməkdir. Bundan qaçmaq mümkün deyil. Ona görə ürəyinin səsinə qulaq as.
Keyfiyyət göstəricisi olun. Bəzi insanlar böyük ustalıq tələb olunan işə sadəcə alışmayıblar.
Mən qəbiristanlıqda ən zəngin insan olmaq istəmirəm. Bu gün gözəl bir iş etdiyimizi düşün, tək gecələr yuxuya getmək istəyirəm.
Mən həm öz yaratdığımız, həm də başqalarının yaratdıqları ilə qürur duyuram. İnnovasiya –100 dəfə yox demək bacarığıdır.
Mən düşünürəm ki, əgər hər hansı bir iş görürsünüzsə və bu, sizdə yaxşı alınırsa, o zaman yeni bir işlə məşğul olmaq lazımdır.
Apple şirkətindən qovulmağım həyatımda baş vermiş ən yaxşı hadisədir. Mən müstəqil oldum və həyatımın ən yaradıcı dövrlərindən birini yaşadım.
Tarixdə iz qoymaq istəyirəm.
Mən əminəm ki, uğurlu ilə uğursuz iş adamı arasındakı əsas fərq iradədədir.
17 yaşım olanda oxuduğum fraza təxminən belə səslənirdi: Hər gününü sanki sonuncu gün kimi yaşayırsansa, nə vaxtsa sən haqlı olacaqsan. Bu fraza mənim yaddaşıma həkk oldu. O vaxtdan ötən 33 il ərzində hər səhər mən güzgüdə özümə baxaraq danışıram: Əgər bu gün həyatımın son günü olsa, ürəyimdən keçəni edərdimmi? Cavablarım bir neçə gün müddətində mənfi olduqda, mən anlayırdım ki, nəyisə dəyişdirmək lazımdır. 
Mənbə: Milli.Az

 

17 aprel 2014
GO BACK