NBA-da çıxış edən “Miluoki Baks”ın sahibi Xepb Kol klubu satmaq niyyətindədi. Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Kol klubu Mark Lesri və Uesli Edensin rəhəbrlik etdiyi Nyu York şirkətlərindən birinə satmaq istəyir. Sövdələşmənin dəyəri 550 milyon dollar civarında qiymətləndirilir. Kol “Miluoki Baks”ı 1985-ci ildə 18 milyon dollara alıb. Hazırda komanda tarixinin ən pis dönəmini yaşayır.
“Miluoki Baks” bu mövsüm MBA-da keçirdiyi 67 görüşdə məğlub olub, cəmisi 15 qarşılaşmada qalib gəlib.
Mənbə: Milli.Az