Qadin.NET / Xan Sarayına pulsuz ekskursiya

Xan Sarayına pulsuz ekskursiya

18 aprel bütün dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü kimi qeyd olunur. Bu münasibətlə sabah ölkə ərazisindəki tarixi abidələrdə “Açıq qapı” günü keçiriləcək. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, sabah Şəkidə də tarixi abidə və muzeylərə pulsuz ekskursiyalar təşkil ediləcək.

Tədbirin məqsədi əhalini tarixi-mədəni irsimizlə tanış etmək, onların qorunması işini təmin etməkdir. “Açıq qapı” günü Şəkidə 10-dan çox tarixi abidəni əhatə edir. Onların arasında Şəki Xan Sarayı, Kiş Alban Məbədi, Tarix-diyarşünaslıq Muzeyi, Mirzə Fətəli Axundzadənin Ev Muzeyi, Sabit Rəhmanın Ev Muzeyi, Xalq Tətbiqi Sənəti Muzeyi, Rəsm Qalereyası, Şəki Xanlarının Evi və digər abidələr var. Sakinlər səhər saat 9:00-dan axşam 18:00-dək bu abidələrlə pulsuz tanış olmaq imkan əldə edəcəklər.

Mənbə.Milli.Az

 

17 aprel 2014
GO BACK