Twitter mikrobloqlar xidmətinin operatoru olan eyniadlı şirkət sosial şəbəkələrdə məlumatların təhlili üçün proqram alətlərinin hazırlanması üzrə ixtisaslaşmış Gnip startapını satın alıb. Sazişin dəyəri açıqlanmayıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Gnip startapının müştəriləri istehsalçılar, jurnalistlər, elmi tədqiqat institutları və hətta siyasətçilərdir. Onların hamısı mikrobloqlarda dərc edilmiş yazılar üzrə izlənilə bilən tendensiyalarla maraqlanırlar.
Twitterdən bildirilib ki, bu firmanın satın alınması bütün mesaj axınının emalını asanlaşdıracaq. Gündəlik tvitlərin sayı 500 milyona çatır. Bu da öz növbəsində elan verənlər üçün tarqetinqi yaxşılaşdıracaq.
Mənbə:Milli.Az