"Beşiktaş" klubu "Mançester Siti"nin müdafiəçisi Joleon Leskotu transfer etməkdə israrlıdır.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli futbolçunun transferi ilə bağlı yenidən "Mançester Siti"yə müraciət edib. "Beşiktaş" rəhbərliyinin bununla bağlı yaxın günlərdə Mançesterə gedəcəyi gözlənilir. Tərəflər arasında razılıq əldə olunarsa, Leskot yeni mövsümdən "Beşiktaş"da çıxış edəcək. İngiltərə klubunun bu transfer üçün "qara qartal"dan nə qədər pul tələb etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2009-cu ildən "Mançester Siti"nin şərəfini qoruyur.
Mənbə:Milli.Az