2014-cü ilin birinci rübündə Google internet şirkətinin mənfəəti 3% artaraq 3,35 milyard dollar olub ki, bu da ötən illə müqayisədə (3,45 milyard dollar) yüksəkdir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2014-cü ilin birinci rübündə Googleun mədaxili 19% artaraq 15,4 milyard dollar olub. Şirkətin göstəriciləri analitiklərin proqnozunu (15.5 milyard dollar) doğrultmayıb.
Kliklərin dəyərinin azalmasını Googleun analitiklərin proqnozunu doğrultmamasına səbəb kimi göstərmək olar. Google tərəfindən yerləşdirilən reklam üzrə ödənişli kliklərin sayının rüb ərzində 26% artmasına baxmayaraq, klikin orta dəyəri 9% azalıb. 2014-cü ilin ilk üç ayında Googleun reklamdan əldə etdiyi gəlirin həcmi 13,87 milyard dollar təşkil edib.
Mənbə.Milli.Az