Qadin.NET / Kişilərə bəd xəbər: qadınlar sizdən mükəmməldir

Kişilərə bəd xəbər: qadınlar sizdən mükəmməldir

 


Qadınlar kişilərdən daha çox şeyə qadirdir
Kişilər üçün bunu qəbul etmək çətin olsa da, qadınlar kişilərdən daha çox şeyə qadirdirlər.

Milli.Az xəbər verir ki, ailem.az bu dəfə qadınların mükəmməl olduğunu təsdiqləyən maraqlı faktları bir araya gətirib. Bunu oxuduqdan sonra niyə qadınların daha çox sevildiyini anlayacaqsınız.

Qadınlar insanlarla ünsiyyət qurmaqda kişilərdən daha bacarıqlıdırlar. Mehriban, anlayışlı olmaları ilə başqalarının onların yanında özlərini güvəndə hiss etmələrinə kömək edir. Qadınlar duyğu və düşüncələrini daha rahat aça bildikləri üçün kişilərdən fərqli olaraq, özlərini daha yaxşı ifadə edə bilirlər.

Qadınlar ətrafdakı insanları özlərinə çəkən xoş qoxuya sahibdirlər. Hətta kişilərin çoxu bu cür gözəl təbii qoxuya sahib olduqları halda, qadınların başqa ətirlərdən istifadə etməsini o qədər də xoşlamır.

Qadınlar kişilərdən fərqi olaraq uşaq, yaşlarında tualet vərdişlərini daha tez öyrənirlər. Qadınlar gigiyena ilə bağlı hər şeyi kişilərdən daha tez qavrayır.

Qadınlar nəyin harada olduğunu hər zaman bilərlər. Hətta özünə aid olmayan, neçə müddətdir istifadə etmədiyi əşyanın belə. Çünki onlar beyinlərində hər zaman xəritə, plan hazırlamaqda mahirdir.

Qadınlar bədənlərində başqa bir varlıq daşıya bilir.

Son araşdırmalar zamanı qadınların kişilərdən daha yüksək İQ-ə sahib olduqları ortaya çıxıb.

Qadınlar süd istehsal edərək, körpələrini əmizdirə bilirlər.

Daha kiçik ölçülü bədənə sahib olduqları üçün qadınlar kişilərdən fərqli olaraq, daha az yemək yeyər, geyimləri üçün daha az parça istifadə edər, daha kiçik mebelə, maşına ehtiyac duyarlar.

Eyni anda bir beçə işi birgə görmək qadınların qanında var. Bu hal kişilər üçün sıxıntı ola bilər. Qadınlar eyni anda yemək bişirə, ev təmizləyə, televizora baxa, telefonla danışa, uşağı sakitləşdirə bilər.

Kişi bir neçə metr qaçanda bütün köynəyi su olar, ətrafa heç də xoş olmayan tər qoxusu yayarlar. Bu cür hallarda onu dərhal hamama göndərməkdən başqa əlac yoxdur. Ancaq qadınlar tərlədikdə cildləri nəmlənər və parıldayar. Bu onları daha seksi göstərir.

Qadınlar birgə yaşadıqları kişini uğurlu edər. Uğur qazanan bir kişiylə rastlaşdığınızda onu yox, xanımını təbrik edin.

Qadınlar daha uzunömürlüdürlər, çünki onlar mükəmməldir.

Biz demirik, araşdırmalar belə iddia edir.
Mənbə:Milli.Az

 

18 aprel 2014
GO BACK