Qadin.NET / ATƏT sədrinin Azərbaycana səfərinin tarixi açıqlandı

ATƏT sədrinin Azərbaycana səfərinin tarixi açıqlandı

 


ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter iyunun 3-də Azərbaycana rəsmi səfər edəcək. 

Bu barədə  diplomatik mənbələrdən məlumat verilib.

Səfər çərçivəsində D.Burkhalter Azərbaycan dövlət rəsmiləri ilə görüşəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli və ATƏT ilə əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Azərbaycana rəsmi səfərin ardınca D.Burkhalter Yerevana yola düşəcək.

Qeyd edək ki, bundan öncə Trend-ə müsahibəsində D.Burkhalter qeyd edib ki, İsveçrənin ATƏT-dəki sədrliyi Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir: "Biz ABŞ, Rusiya və Fransanın başçılıq etdiyi ATƏT-in Minsk prosesi kimi mövcud vasitəçilik mexanizmlərinin fəal şəkildə dəstəklənməsi və gücləndirilməsi vasitəsilə dialoq və etimadın formalaşdırılması tədbirlərinin təşviqi imkanlarını nəzərdən keçiririk"

D.Burkhalter ölkəsinin 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə təşkilatla Azərbaycan arasında əməkdaşlıq məsələləri və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara dəstək verməyə hazır olduğunu bildirib.

Mənbə:Milli.az

 

18 aprel 2014
GO BACK