"Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığın inkişafında maraqlıdır və sentyabrın 11-dən 13-dək Bakıda keçiriləcək ADEX-2014 Beynəlxalq müdafiə sənayesi sərgisində "Rosoboroneksport"un iştirak edəcəyini gözləyir".
Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-a Azərbaycan müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov DSA-2014 silah sərgisində bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın hərbi-texniki əməkdaşlığının ümumi həcmində Rusiya birinci, Türkiyə ikinci yeri, Cənubi Afrika Respublikası isə üçüncü yeri tutur.
Azərbaycan müdafiə sənayesinin nümayəndəsi qeyd edib ki, son zamanlar respublika Rusiyadan Рў-90 tankları, ağır odsaçan sistemlər (TOS), özüyeriyən "Msta" artilleriya qurğuları, Mi-35Рњ vertolyotları, BMP-3 piyada döyüş maşınları, BTR-82 zirehli transportyorları alıb.
A.Məmmədov deyib ki, Azərbaycanda РђK-74Рњ avtomatlarının lisenziyalı istehsalının təşkili üzrə müqavilənin reallaşdırılması tam sürətlə gedir: "Hazırda biz bu müqavilənin ikinci mərhələsinin reallaşdırılmasına başlamışıq. Birinci mərhələdə bu avtomatların buraxılışı üzrə yığım xətti yaradılıb. İndi milli sənaye qüvvələri РђK-74Рњ-in bəzi hissələrinin istehsalına yiyələnir. Bizdə avtomatların quraşdırılması Rusiya komplektləşdiricilərinin və yerli sənaye müəssisələri tərəfindən buraxılan detalların tətbiqi ilə aparılır".
O qeyd edib ki, keçmiş Sovet respublikaları, eləcə də Rusiya ilə hərbi-texniki əməkdaşlıq dil baryerinin olmaması, oxşar QOST-lar və sahə standartlarının mövcudluğu, keçmiş SSRİ-də hazırlanan kadrların olması kimi əsaslı üstünlüyə malikdir. Qərb nümayəndələri ilə ünsiyyət zamanı Azərbaycan sənayesi üçün böyük problemlər yaranır: "Əlbəttə, marketinq sahəsində, danışıqların aparılmasında problem yoxdur, amma bilavasitə istehsalat sahəsində böyük çətinlik var. Ümid edirik ki, Bakıda ADEX-2014 müdafiə sənayesi sərgisi zamanı "Rosoboroneksport"la əlaqələrimiz yeni səviyyəyə yüksələcək".