Qadin.NET / "Barselona"nın baş məşqçisi: "Xəcalət çəkirəm..."

"Barselona"nın baş məşqçisi: "Xəcalət çəkirəm..."

Martino: "... xəcalət çəkirəm"
""Real"ı təbrik edirəm. Bizim üçün heç yaxşı olmadı. Mübarizə apardığımız bütün turnirlərdə pis nəticə əldə etdiyimiz bir həftə oldu. La Liqada çempion olmaq üçün çalışacağıq".

Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, bu sözləri "Barselona"nın baş məşqçisi Xerardo Martino İspaniya kubokunun finalında "Real"a məğlub (1:2) olduqları oyundan sonra deyib.

O, qarşılaşmanın onlar üçün çox çətin keçdiyini bildirib: "Buraya kuboku qazanmaq üçün gəlmişdik. Məğlub olduğumuz üçün xəcalət çəkirəm. Son dönəmlərdə istədiyimiz nəticələri əldə edə bilmirik".

Mənbə:Milli.Az

18 aprel 2014
GO BACK