Qadin.NET / Simeoneyə da bir təklif

Simeoneyə da bir təklif

 


Milli.Az-ın qol.az-a istinadən məlumatına görə, 43 yaşlı mütəxəssis dünya çempionatından sonra Argentina millisini çalışdıra bilər.
Simeonenin bu posta namizədliyi ilə Argentina Futbol Federasiyasının (AFF) prezidenti Xulio Qrondon şəxsən özü maraqlanır. 
Onun sözlərinə görə, Braziliyada təşkil olunacaq mundialdan sonra yığmanın hazırkı baş məşqçisi Aleksandro Sabelya istefaya göndəriləcəyi təqdirdə AFF bu posta məhz Simeoneni gətirməyi düşünür. Lakin Sabelyanın gələcək taleyi Argentina millisinin "DÇ-2014"dəki çıxışından asılı olacaq. Uğursuz çıxışın müqabilində Sabelya ilə yolların ayrılacağı iddia olunur.
Qeyd edək ki, Madrid klubuyla 2017-ci ilə qədər müqaviləsi olan Simeonenin adı "Barselona", "Monako" və "İnter"lə də hallanır. 
Mənbə: Milli.Az

 

17 aprel 2014
GO BACK