Qadin.NET / Şimal bölgəsində qadın futboluna maraq artır

Şimal bölgəsində qadın futboluna maraq artır

 

Futbol mütəxəssisləri 17 yaşınadək qızlardan ibarət milli komandaların 3-cü dünya çempionatının Azərbaycanda keçirilməsini əlamətdar bir hadisə hesab edirlər. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, 15 yaşınadək qızlardan ibarət Xudat Şəhər komandasının məşqçisi Samir Cəlilovun sözlərinə görə, DÇ ölkəmizdə Qadın Futboluna olan marağı daha da artıracaq. 
 Artıq çempionat ərəfəsində Xudat komandasına 10-a yaxın qız müraciət edib: "Paytaxtdan sonra qadın futbolunun inkişaf etdiyi regionlar sırasında şimal bölgəsi birinci yerdədir. Regionumuzda 3 qadın futbol komandası var. Onların biri 17, ikisi isə 15 yaşınadək qızlardan təşkil olunub. Hazırda DÇ-da iştirak edən Azərbaycan milli komandasının start 11-liyində də şimal bölgəsindən olan futbolçu da yer alıb".
Mənbə: Milli.Az

 

17 aprel 2014
GO BACK