Bolqarıstan öz ərazisində "Cənub axını" neft kəmərinin borusunu birinci qaynaq olunmuş tikişlə söküb Trend-in məlumatına görə, bu barədə "RBK-Ukrayna" Bolqarıstanın "Bivol" nəşrinə istinadən xəbər yayıb.
Nəşr yazır: "Bu, Avropa Parlamentinin "Cənub axını"nın həyata keçirilməməsi haqqında qərar qəbul etməsindən sonra baş verib".
Birinci qaynaq tikişi Bolqarıstan ərazisindən keçəcək Rusiyanın boru kəmərinin tikintisinə başlamağın rəmzi kimi 2013-cü ilin oktyabrında Rusiyanın "Qazprom" şirkətinin nümayəndələrinin iştirakı ilə edilmişdi.
Aprelin 17-də Avropa Parlamenti "Cənub axını" layihəsinin reallaşdırılmasının dayandırılmasını nəzərdə tutan qətnaməyə baxmağa hazırlaşır. Onu Avropa Xalqları Partiyasının, Avropa sosialistləri, liberallar, yaşıllar və mühafizəkarların nümayəndələri hazırlayıblar.
Mənbə:Milli.Az