Qadin.NET / Azərbaycanın bəzi ərazilərində yağış yağacaq

Azərbaycanın bəzi ərazilərində yağış yağacaq


Sabah Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədova Trend-ə bildirib ki, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 18-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli az yağış yağacağı, şimşək caxacağı ehtmalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlıq ərazilərdə gecə 4-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Mənbə:Milli.Az

17 aprel 2014
GO BACK