ARGTMŞ-nın Avropa qitəsində əməkdaşlıq qurduğu əsas beynəlxalq qurumlardan biri Avropa Şurasıdır. Bu gün Avropa Şurası ilə əməkdaşlığın əsas istiqamətlərindən biri, Gənclər Sektorunda 2012-2014-cü illər üzrə prioritet təşəbbüs kimi "No Hate Speech Movement" - "Nifrət Nitqinə Yox" hərəkatının reallaşdırılmasında iştirakdır.
2013-cü ilin aprel ayından etibarən ARGTMŞ kampaniyanın Azərbaycan üzrə milli əlaqələndiricisi olaraq çıxış edir. Bundan irəli gələrək, Bakı və Qəbələ şəhərlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Avropa Şurasının rəsmilərinin, eyni zamanda ARGTMŞ-nın Baş Katibi Seymur Hüseynovun iştirakı ilə "Nifrət Nitqinə Yox" Hərəkatının Yekun Beynəlxalq Forumunun keçirilməsinə dair hazırlıq görüşü təşkil olunmuşdur.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hazırlıq görüşü çərçivəsində Forumun proqramı, formatı, texniki detalları müəyyən olunmuş, Qəbələ şəhərində mövcud infrastruktur ilə tanışlıq həyata keçirilmişdir. Görüş zamanı müəyyən olunmuşdur ki, 1-5 Oktyabr 2014-cü il tarixlərində Qəbələdə keçiriləcək "Nifrət Nitqinə Yox" Hərəkatının Yekun Beynəlxalq Forumunda, Avropa Şurasının bütün ölkələrindən 250 qonaq iştirak edəcəkdir.
Xatırladaq ki, 10 illik aradan sonra ARGTMŞ 2013-cü ildə yenidən Avropa Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilmiş və Avropa Şurasının Gənclər Siyasəti sahəsində qərar-verici orqanı olan Gənclərlə iş üzrə Birgə Şurada təmsil olunmuşdur.
Mənbə:Milli.Az