Türkiyənin "Qalatasaray" klubu əsla gözləmədiyi halda vergi cəriməsi ilə qarşılaşıb. Vergilər Xidməti klubun 54 milyon lirə vergi borcu olduğu, bu səbəbdən də ödənməmiş vergi və elə həmin məbləğdə cərimə ilə birlikdə 108 milyon lirə ödəməli olduğunu bildirib.
Milli.Az AHT-yə istinadən bildirir ki, klub rəhbərliyi dünən cəza ilə bağlı şikayət edəcəyini bəyan edəndən sonra cərimənin məbləği 123 milyon lirəyə qədər artırılıb.
UEFA-nın maliyyə "fair-play"i çərçivəsində klubların maliyyə və vergi durumlarını araşdırdığını nəzərə alsaq, "Qalatasaray" ağır vəziyyətdədir.
Mənbə:Milli.Az