Qadin.NET / Türkiyədə zəlzələ əhalini təşvişə saldı

Türkiyədə zəlzələ əhalini təşvişə saldı

 



 

Türkiyənin cənub-qərbində yerləşən Antalya vilayətində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.

Türkiyənin Boğaziçi Univeristetinin Kandilli rəsədxanasının və Seysmik Araşdırmalar İnstitutunun məlumatına görə, zəlzələ aprelin 17-də yerli vaxtla saat 02:49-da baş verib və yerli əhali arasında təşviş doğurub.

Zəlzələ ocağı beş kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.

Mənbə:Milli.Az

17 aprel 2014
GO BACK