Qadin.NET / Noutbukun üstünə su dağılarsa nə etməli?

Noutbukun üstünə su dağılarsa nə etməli?


Bildiyimiz kimi insanların çoxu noutbuku iş üçün istifadə edir
Belə insanlar noutbuku özləri ilə hər yerə aparırlar. Nahara gedərkən və ya noutbukun yanında yeyərkən onlar öz noutbuklarına zərər yetirə bilərlər. Belə halda əsas problem noutbukunuzun suya qərq olmasıdır. Biz elə bu problem haqda danışırıq. Noutbukun üzərinə tökülən əsas mayelər bunlardır: su, qəhvə və şirə.

Adi sudan başlayaq. 

Milli.Az modern.az-a istinadən xəbər verir ki, noutbuk çox incə qurğudur, ona görə suya davamlı deyil. Belə halda əsas məsələ nə etmək lazım olması və noutbukun üzərinə nə qədər suyun tökülməsidir. Noutbuk üçün əsas tökülmə dozası bir stəkandır. Ancaq hətta belə doza da düzgün olmayan ilk hərəkətlə noutbukunuz üçün çox zərərli ola bilər.

Noutbukun üstünə su dağılan zaman bunları edin:

1. Noutbukunuzu nəm salfetlə silmək.

2. İçərisində qalmış suyun çıxması üçün kalviaturanı daxilə tərəf sıxmaq. Noutbuku silkələmək də olar. Bunun effekti daha yaxşı olacaq və su içərisindən tezliklə çıxacaq.

3. Batareyanı çıxarmaq.

4. Noutbuku təxminən bir gün qurumaq üçün münasib bir yerə qoymaq.

Belə sadə tədbirlər noutbukunuzu xilas edə bilər və onun təmiri də ucuz başa gələr. Əgər siz bunu edirsinizsə, siz klaviaturanı dəyişməli olacaqsınız (əgər işləməsə). Əgər hər şey işləyirsə, bəxtiniz gətirib. Əgər noutbukunuz açılmırsa və təmirə ehtiyacı varsa, ən yaxşısı servisə aparmaq daha münasibdir. 

Mənbə:Milli.Az

17 aprel 2014
GO BACK