Qadin.NET / Toshiba 4K formatlı noutbuk buraxacaq

Toshiba 4K formatlı noutbuk buraxacaq


Aprelin 22-də ABŞ-da Toshiba şirkətinin 3840x2160 piksel təsvir ölçülü 15,6 düymlük ekranla təchiz edilmiş yeni noutbuku satışa çıxarılacaq. Qurğu fotoqraf, dizayner və videomontajçılar üçün nəzərdə tutulub.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Satellite p55t noutbukunun ekranı IPS texnologiyası üzrə hazırlanıb, displeyin hər bir düymünə 282 piksel düşür. Noutbuku satın aldqda Adobe Lightroom fotoredaktoru üçün ödənişsiz lisenziya təklif edilir. Qurğunun qiyməti 1500 dollardan başlayacaq.
 
Aparatın texniki içliyi güclüdür: Haswell arxitekturalı dördnüvəli Intel prosessoru, 16 QB əməli yaddaş var, 4 USB 3.0 portu, 4K formatlı ekranları dəstəkləyən HDMI portu, BlueRay daxili diskoxuducusu var. Məlumatların saxlanılması üçün 1 TB tutumunda mexaniki sərt disk quraşdırılıb.
 
Peşəkar fotoqrafları cəlb etmək üçün hər bir ekran fabrikdə kalibrlənəcək və Technicolor standartı üzrə təsdiqlənəcək.
 
Mənbə:Milli.Az

17 aprel 2014
GO BACK