Qadin.NET / Ərdoğan: "Əgər mən Türkiyə prezidenti olsam..."

Ərdoğan: "Əgər mən Türkiyə prezidenti olsam..."

 



 

Mən hələ ki, prezident postuna seçilmək qərarına gəlməmişəm, lakin məni seçsələr, onda bütün konstitusiya səlahiyyətlərimdən istifadə edəcəm. TrendHurriyet daily news qəzetinə istinadən bildirir ki, bunu Türkiyənin baş naziriRəcəb Tayyib Ərdoğan deyib.

"Əgər məni seçsələr, onda mən bütün imkanlardan istifadə edən xalq prezidenti olacağam", - Ərdoğan deyib.

Onun sözlərinə görə, əgər prezident postunu tutsa, onda o, avtomatik hakimiyyətinin icra qolunun hissəsi olacaq.

Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-na təyin olunub.

Əgər prezident seçkilərində namizədlərdən heç biri birinci turda 51 faiz səs toplamasa, onda avqustun 24-də ikinci tur keçiriləcək.

Mənbə:Milli.Az

17 aprel 2014
GO BACK