Qadin.NET / "Kral" kuboku götürdü

"Kral" kuboku götürdü

 


İspaniya Kubokunun yeni qalibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə əzəli rəqiblər - "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gəliblər.

La Liqada çempionluq uğrunda amansız mübarizə aparan komandalar bu dəfə kubokda münasibətlərinə aydınlıq gətiriblər.

Valensiyanın "Mestalya" stadionunda keçirilən görüşdə Madrid klubu 2:1 hesabı ilə qalib gələrək İspaniya Kubokunu qazanıb.

16 aprel

İspaniya Kuboku, final

00:30. "Barselona" - "Real" (Madrid) - 1:2 
Qollar: Di Maria, 11 (0:1), Bartra, 68 (1:1), Bale, 85 (1:2)

Mənbə:Milli.Az

 

17 aprel 2014
GO BACK