Qadin.NET / Uşağın ölümü valideynin də ömrünü qısaldır

Uşağın ölümü valideynin də ömrünü qısaldır

Uşağın ölümü valideynin də ömrünü qısaldır

Ekspertlərin qənaətinə görə, övladını dünyaya gəlişinin birinci ilində itirən valideynlər özləri də həyatla tez vidalaşa bilərlər. Bunu York və Stirlinq universitetlərində aparılan tədqiqatlar sübut edib. Belə ki, övladı ölən valideynlərin uşağının öldüyü andan sonrakı on il ərzində vəfat etməsi hallarına dörd dəfə tez təsadüf edilir. Trend-in məlumatına göğrə, bu barədə BBC xəbər verir.

Bundan əvvəl aparılan tədqiqatlar analoji effektin ərin ölümündən sonra olduğunu göstərib. O zaman insan tam mənada ürək sınmasından ölür. "BMJ Supportive and Palliative Care" jurnalının səhifələrində dərc olunmuş son tədqiqatın nəticələri isə ilk dəfə diqqəti uşağın ölümünün valideynlərə təsiri məsələsinə cəmləşdirib.

Əldə olunan nəticə alimlərdə böyük narahatlıq yaradıb. Doğrudur, onlar etiraf edirlər ki, işin miqyasının o qədər də böyük olmaması neçə ölümün intiharın, neçəsinin isə stress kimi başqa səbəbin payına düşdüyünü təhlil etməyə imkan vermir. Yeri gəlmişkən, sonuncu immun sisteminin aktivliyinin azalmasına və xəstəliklərə meyilliyin artmasına gətirib çıxara bilər.

Ölü doğulan körpənin və uşaq ölümünün valideynlərin sağlamlığına pis təsir etməsi ilə bağlı nəzəriyyə bundan əvvəl də mövcud olub. Vaxtından əvvəl ölüm riskinin zaman keçdikcə azalmasına baxmayaraq, alimlər müəyyən ediblər ki, bu hal analara daha pis təsir edir. Belə ki, analar uşağın ölümündən sonra 30 il ərzində 1,2 dəfə daha tez ölməyə meyllidirlər.

Mənbə:trend.az

 

17 aprel 2014
GO BACK