Qadin.NET / Ağrıya qarşı ən sadə dərmanın adı məlum olub

Ağrıya qarşı ən sadə dərmanın adı məlum olub

Ağrıya qarşı ən sadə dərmanın adı məlum olub

Gülüşün möcüzəvi effekti hətta həkimləri də təəccübləndirib.
"Gülüş ömrü uzadır" ifadəsi uşaqlıqdan hamımıza məlumdur. Gülüşün müalicəvi xüsusiyyətlərinin tibb işçiləri tərəfindən öyrənildiyi barədə isə çox az adam bilir. Hətta gülüşün insan orqanizminə təsirini öyrənən gelotologiya adlı xüsusi elm mövcuddur. Trend-in məlumatına görə, bu barədə /Utro.ru/ saytı yazır.

İlk dəfə bu qarşılıqlı təsirə hələ ötən əsrin 70-ci illərində amerikalı alimlər diqqət yetiriblər. Onlar izah ediblər ki, gülüş insanın psixikasına yaxşı təsir göstərməklə yanaşı, 80-ə yaxın əzələni hərəkətə gətirir. Bununla da gülüş sinə, çiyin əzələlərini möhkəmləndirir, oksigenin qana daxil olmasını kəskin artıraraq tənəffüs sistemini inkişaf etdirir, stressi azaldır və immuniteti möhkəmləndirir.

Bu yaxınlarda avropalı alimlər bir qrup könüllünün iştirakı ilə əlavə tədqiqatlar keçiriblər. Araşdırma iştirakçılarına komediyaya baxanadək və baxdıqdan sonra ağrıya qarşı həssaslığı yoxlamaq üçün bəzi testlər təklif olunub. Məlum olub ki, gülüş prosesində, daha dəqiqi, ağ ciyərlərdən havanın daha tez-tez və güclü boşaldılması nəticəsində endorfinlərin və insana tiryək preparatlarının təsirinə oxşar təsir göstərən analgetiklərin ifrazı artır. Beləliklə, alimlər müəyyən ediblər ki, gülməli filmə baxdıqdan 15 dəqiqə sonra insanda ağrı 10 faiz azalır.

Lakin tədqiqatlar göstərir ki, belə effektə yalnız təbii, səmimi gülüş malikdir. Saxta gülüş analoji nəticələr nümayiş etdirməyib. Bundan əlavə, effekt həmçinin başqa şəxslərin əhatəsində güldükdə güclənir. Ona görə də həkimlər komediyalara təklikdə deyil, dostlarla və ya ailəvi baxmağı tövsiyə edirlər.

Mənbə:trend.az

 

17 aprel 2014
GO BACK