Amerikanın Merilend ştatında yaşayan dülgər Den Yansen 25 ildir ancaq pizza yeyirmiş. ANS PRESS-in məlumatına görə, 38 yaşlı Yansen açıqlamasında bu illər ərzindən pizzadan başqa heç nə yemədiyini etiraf edib:
"Mən həyatımın son 25 ili ərzində hər gün pizza yeyirəm və burada sadəcə bir tikə pizzadan söhbət getmir. Adətən mən bütöv pizza yeyirəm."
Amerikalı ancaq və ancaq pendirli pizza yediyini qeyd edib. O, bu qidanı çox sevdiyini və ondan heç vaxt bezmədiyini deyib.
İndi 38 yaşı olan kişi hələ yeniyetməlik çağında vegetarian olmağa qərar verdiyi zaman yeməklərdən imtina edib. O, çiy tərəvəzləri xoşlamadığından ancaq pendirli pissa yeməyə başlayıb.
Yansenin sözlərinə görə, o, artıq çəkidən əziyyət çəkmir və özünü çox gözəl hiss edir.
Mənbə:ANS PRESS