Qadin.NET / Gənc dəri üçün bunları edin

Gənc dəri üçün bunları edin

Gənc dəri üçün bunları edin

Dəri ətraf mühitin, yaşın təsirindən öz elastikliyi. parlaqlığını itirir. Bu təbii prosesin qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə edilir. ANS PRESS dərinin gəncliyini qorumaq üçün 5 məhsulu təqdim edir. 

1.Zeytun yağı 
Zeytun yağı dərini yumşaldır. Hələ qədim romalılar bu yağdan masajlarda istifadə edirdilər. Nəticədə dəri hamar və elastik olurdu. Bu yağı dodağa, xüsusilə sərt dəri olan olan hissələrə çəkməklə yumşaltmaq mümkündür. 

2. Yaşıl çay
Bu güclü antioksidant mənbəyidir. Gündə bir fincan yaşıl çaydan istifadə dəri xərçəngi riskini azaldır. Yaşıl çayın tərkibindəki faydalı minerallar bədən enerjisinin yüksək qalmasına kömək edir. Orqanizmin təmizliyi üçün gün ərzində iki fincan yaşıl çay içmək lazımdır. Göz yorğunluğunu aradan qaldırmaq üçün istifadə edilmiş çay paketlərini gözlərin üzərinə qoymaq olar. 

3. Balqabaq
Adi balqabaq dəri tonusunu qoruyub saxlayır. Balqabaq РЎ, Р• və Рђ vitaminləri ilə zəngindir. Bu tərəvəzin hamarlaşdırma xüsusiyyəti də var. Məsələn, blendrla iki dilim balqabaq əzin. Üzərinə 4 qaşıq aşağı kalorili qatıq və 4 qaşıq bal tökün. Üzdə 10 dəqiqə saxlanılan bu maska dərini hamarlaşdırır və yumşaldır. 

4. Nar
Bu meyvənin tərkibindəki antioksidantların miqdarı yaşıl çayı belə üstələyir. Nardan olan maskalar və skrablar ölü hüceyrələri təmizləyir və ona parlaqlıq, canlılıq qazandırır. 

5.Çiyələk
Çiyələyin tərkibində yaşlanma əleyhinə vitaminlər apelsin və qreypfrutdan çoxdur. Araşdrımalar müəyyən ediblər ki, gündəlik rasionunda C vitamini ilə bol olan məhsullardan istifadə edənlərdə qırışlar daha azdır və dəri elədə quru deyil. Hamar və nəm dəri üçün çiyələk maskası tövsiyyə edilir. Bir fincan əzilmiş çiyələyin üzərinə qatıq və yarım qaşıq bal tökün.

Mənbə:ANS PRESS 

17 aprel 2014
GO BACK