Ideum şirkəti 46 düym diaqonallı Platform Coffee Table sensor masa-planşet üçün sifarişlərin qəbuluna başlayıb. Qurğunun qiyməti 6950 dollardan başlayır.
Masa-planşet alıcının istəyinə uyğun olaraq üç əməliyyat sisteminin (Windows 7, Windows 8 və ya Android 4.4 (KitKat)) idarəetməsi ilə işləyə bilər. Qurğu həm də yükləməni iki variantda (Windows 7/8 və ya Windows 8/Android) dəstəkləyir. Displeyin ölçüsünün böyük olmasına baxmayaraq o, istənilən sensor əlavələrlə uyğunluq təşkil edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ağıllı masanı iki modeldə - 32 və ya 46 düym diaqonalında əldə etmək olar. ABŞ-da yığılan hər iki model cızılmaya, sındırılmaya və suya davamlıdır.
Platform Coffee Table modelinin kiçik – 32 düymlü variantı 10 milli saniyəyə reaksiya verməklə maye-kristal displeylə (1080r), 250 QB sərt disk (SATA II), 8 QB operativ DDR3 yaddaşı (iki modul hərəsi 4 QB), Intel i7 prosessoru (3,7 QHs) ilə təchiz edilib. Həmçinin eyni anda 40-dək (Android-də 15-dək) toxunuş dəstəklənir. Qurğuda HDMI, Ethernet, USB portları, Wi-Fi modulu, eləcə də klaviaturanın qoşulması üçün Bluetooth nəzərdə tutulub.
Mənbə:Milli.Az