Qadin.NET / 100 milyon TripAdvisor-u seçdi

100 milyon TripAdvisor-u seçdi

 

 

Səyahətlər haqqında TripAdvisor saytının məlumatına görə, onun iPhone və Android mobil qurğuları üçün tətbiqi 100 milyon dəfə yüklənilib. Bu halda son ildə yükləmələrin sayı iki dəfədən çox, 2011-ci illə müqayisədə altı dəfə artıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Distimo şirkətinin məlumatına görə, TripAdvisor tətbiqi App Store onlayn mağazasında yükləmələrin ümumi sayına görə öz seqmentində ən populyar əlavə olub.
 
Səyahətçilərə istirahət planlaşdırılması üçün bütün lazımi informasiyanı təklif edən tətbiq 21 dildə əlçatandır. iTunes App Store və ya Google Play onlayn mağazasından ödənişsiz yükləmək olar.
 
Mənbə:Milli.Az

 

16 aprel 2014
GO BACK