Qadin.NET / Galaxy S5-in əsl dəyəri nə qədərdir?

Galaxy S5-in əsl dəyəri nə qədərdir?

 


Recode portalı yazır ki, IHS şirkəti Samsung Galaxy S5 smartfonunun komponentlərini təhlil edərək bu nəticəyə gəlib ki, qurğunun maya dəyəri 256 dollar təşkil edir.

 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğunun ən bahalı komponenti (63 dollar) ekrandır. Daxili və əməli yaddaşın ümumi dəyəri 33 dollar təşkil edir. Samsungun aparatında barmaq izlərinin skaneri yalnız 4 dollar təşkil edir, halbuki iPhone smartfonunda bu komponentin qiyməti 15 dollar təşkil edir.
 
Pulsometr modulunun qiyməti 1,45 dollar təşkil edir. Bir qurğunun quraşdırılması 5 dollara başa gəlir. Smartfonun komponentlərinin dəyəri 256 dollar təşkil edir.
 
Mənbə:Milli.Az

 

16 aprel 2014
GO BACK