Qadin.NET / Azərbaycan boksçusunun dünya birinciliyində rəqibi erməni olacaq

Azərbaycan boksçusunun dünya birinciliyində rəqibi erməni olacaq

 


Boks üzrə gənclərdən ibarət milli komandamızın daha bir üzvü Bolqarıstanda keçirilən dünya birinciliyində növbəti mərhələyə yüksəlib. 

Trend Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Yaponiya nümayəndəsi Ren Umemura üzərində çətinlik çəkmədən qələbə qazanıb. 
Həmyerlimiz 1/16 final mərhələsində Ermənistan boksçusu Gevorq Petrosyanla üz-üzə gələcək. Bu gün axşam proqramında Roman Zakirov (69 kq) isə macarıstanlı Bernard Barsoni ilə üz-üzə gələcək.

Mənbə.Milli.Az

 

16 aprel 2014
GO BACK