Topaz Premyer Liqasında ötən turun ən yaxşı futbolçuları məlumdu.
Milli.Az fanat.az-a istinadən bildirir ki, Peşəkar Futbol Liqası ənənəvi olaraq, "InStat Football" şirkətinin təqdim etdiyi statistik məlumatlar əsasında XXX turun rəmzi komandasını müəyyən edib.
Rəmzi komandada "İnter"in üstünlüyü var - 5 futbolçu. "Neftçi" və "Bakı"nın 2, "Simurq"la "Qarabağ"ın 1 üzvü fərqlənib. Turun ən yaxşı oyunçusu isə “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Silva olub.
Qapıçı: Saşa Stamenkoviç (Neftçi).
Müdafiəçilər: Matiya Spiçiç (İnter), Yohan Bokonyano (İnter), İqor Mitreski (Neftçi), Etto (Bakı).
Yarımmüdafiəçilər: Mikel Alvaro (İnter), Abdulla Abatsiyev (İnter), Asif Məmmədov (İnter), Əfran İsmayılov (Bakı).
Hücumçular: Reynaldo (Qarabağ), Draqan Çeran (Simurq).
Mənbə:Milli.Az