Qadin.NET / Fermerlərə kombaynlar paylanıldı

Fermerlərə kombaynlar paylanıldı



 

Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniyadan, Hollandiyadan və Belçikadan gətirilmiş 157 ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olub. Tədbirdə sahibkarlara Almaniya istehsalı olan 50 ədəd “Klaas”, Hollandiya istehsalı olan 87 ədəd “New Holland” və Belçika istehsalı olan 20 ədəd “Sampo” taxılbiçən kombaynları və onların texniki göstəriciləri təqdim olunub. 

Milli.Az El TV-yə istinadən xəbər verir ki, nazir yerlərdə texnikaya olan tələbatın öyrənilməsinin zəruriliyini də vurğulayıb. Tədbirdə sahibkarlar hazırda otbağlayan texnikaya ehtiyaclarının olduğunu bildiriblər. Heydər Əsədov bununla əlaqədar lazımi tədbirlər görüləcəyi, ehtiyac duyulan hər hansı texnikanın alınıb gətirilməsi üçün kifayət qədər vəsaitin olduğunu deyib. Sonda sahibkarlara 12 ədəd kombaynın açarları təqdim olunub.

Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK