Qadin.NET / Samsung bükük batareya göstərdi

Samsung bükük batareya göstərdi


Cənubi Koreya korporasiyasının enerji toplama elementləri istehsal edən Samsung SDI bölməsi daşınan elektronika üçün bükük batareyalar nümayiş etdirib.
 
Qeyd edək ki, bükük akkumulyatorlar, həmçinin LG şirkəti tərəfindən buraxılır; G Flex smartfonlarında tətbiq edilir. Samsung şirkətinin iddiasına əsasən, onun məhsulu rəqibləri ilə müqayisədə daha uzunmüddətli iş təmin edir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Samsungun yeni akkumulyatorlarının tutumu 210 milliamper/saatdır, Gear Fit fitness qolbaqlarında istifadə olunur.
 
İstehsalçının sözlərinə görə, bu akkumulyatorlarda avtonom iş vaxtı əvvəlki nəsil batareyalarla müqayisədə 5 dəfə daha çoxdur. Nəticədə Gear Fit fitnes qolbaqları istifadə rejimindən asılı olaraq 3-5 gün müddətində avtonom işləyə bilər.
 
2018-ci ildə daşınan elektronikaya tələbat təxminən 10 dəfə artaraq 487 milyona çatacaq, Samsung SDI bölməsi ABI Research şirkətinin analitiklərinin məlumatlarına istinad edib.
 
Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK