Qadin.NET / Türkiyənin birinci şəxsləri prezident seçkilərinə hazırlığı müzakirə edəcəklər

Türkiyənin birinci şəxsləri prezident seçkilərinə hazırlığı müzakirə edəcəklər

 



 

Türkiyə prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan bu ilin avqustunda keçiriləcək prezident seçkilərinə hazırlığı müzakirə edəcəklər. 

Bunu Türkiyə prezidentinin baş müşaviri Əhməd Sever bəyan edib. 

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.

Onun sözlərinə görə, görüşün dəqiq tarixi hələlik dəqiqləşdirilməyib, lakin onun yaxın həftələrdə keçiriləcəyi gözlənilir.

Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin edilib.

Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK