Qadin.NET / Səfir: "Azərbaycan Ukraynada yaranmış gərgin vəziyyətin tezliklə həll olunacağına inanır"

Səfir: "Azərbaycan Ukraynada yaranmış gərgin vəziyyətin tezliklə həll olunacağına inanır"

 



 

Azərbaycan Ukraynada yaranmış bu gərgin vəziyyətin tezliklə həll olunacağına, siyasi və iqtisadi vəziyyətin sabitləşəcəyinə inanir. Trend-in Azərbaycanın Ukraynadakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, bu barədə ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna xarici işlər nazirinin birinci müavini Natalya Qalibarenko ilə görüşdə bildirib.

Öz növbəsində N.Qalibarenko Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinə sadiq qalaraq BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamə layihəsinin lehinə səs verdiyinə görə bir daha minnətdarlıq ifadə edib. O, yaranmış vəziyyətə baxmayaraq Ukraynanın Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi niyyətində olduğunu, bu istiqamətdə lazımi səylərin göstəriləcəyini bildirib.

Görüşdə Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair bir sıra məsələlər müzakirə edilib, gələcəkdə təmasların inkişaf etdirilməsi, birgə layihələrin davam etdirilməsi barədə razılıq əldə edilib.

Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK