Qadin.NET / Qəzəbli sürücüləri necə dayandırmalı? - MÜZAKİRƏ

Qəzəbli sürücüləri necə dayandırmalı? - MÜZAKİRƏ

 



 

Paytaxt nəqliyyatının avtobus parkının yenilənməsinə baxmayaraq, bəzi sürücülərin mədəni səviyyəsi, təəssüflər olsun ki, arzuolunan səviyyədə deyil. Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına məktub göndərən oxucu qeyd edib. 

Oxucunun sözlərinə görə, hər gün işə və evə getdiyi avtobus təhlükəli sürülür. Onların evlərinə başqa marşrut xətti olmadığı üçün hər gün iki dəfə ölümcül anlar yaşamalı olur. Maşınlarla dolu küçələrdə avtobus sürətlə sürülür. Sərnişinlər hər dəfə sürücü ilə mübahisə edirlər. 

"Belə olan halda nə edək? Sürücünü sərnişinlərə hörmət etməyə necə vadar edək?" 

Oxucu aktual sualı qaldırır. Belə sürücüləri qanun çərçivəsində necə məsuliyyətli olmağa vadar etmək olar? Çünki bəzən sürücülərin belə hərəkətləri həddini aşır. 

Bəs siz necə düşünürsünüz, əziz oxucular? Əgər bu cür sürücülərə söz kar eləmirsə, qanun çərçivəsində daha nə etmək lazımdır ki, hədlərini aşmasınlar? 

Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK