Qadin.NET / Ulduz futbolçudan mükəmməl nəticə

Ulduz futbolçudan mükəmməl nəticə

 

 

Almaniya Kubokunun yarımfinalında "Volfsburq"a qalib gələrək finala adlayan Dortmund "Borussiya"sının futbolçusu Robert Levandovski yubiley qoluna imza atıb.

Qol.Az-ın məlumatına görə, qarşılaşmanın 42-cü dəqiqəsində fərqlənən polşalı hücumçu "Borussiya"da 100-cü qolunun sevincini yaşayıb.

Qeyd edək ki, 2010-cu ildən Dortmund klubunda çıxış edən Levandovski ötən ilin noyabr ayında "Bavariya" ilə 5 illik müqavilə imzalayıb.

Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK