UEFA "Mançester Siti" və PSJ-yə transfer qadağası tətbiq etməyə hazırlaşır.
Qol.Az-ın İngiltərənin "The Telegraph" qəzetinə istinadən yaydığı xəbərə görə, hər iki klub transferlərə yüksək məbləğdə pullar xərclədiyi üçün maliyyə qaydalarını pozub.
Qitənin ali futbol qurumu iki Avropa təmsilçisinə maliyyə durumları ilə bağlı yeni sənədlər təqdim etmək üçün 48 saat vaxt verib. Əgər "Mançester Siti" və PSJ qaydalara riayət etdiyini təsdiqləməsə, bir müddət transfer edə bilməyəcək. Klublar ən yaxşı halda, yüksək məbləğdə cərimə ödəməklə cəzalandırılacaqlar.
Qeyd edək ki, UEFA bundan əvvəl "Barselona"ya transfer qadağası qoyub. Səbəb kimi 2009-2013-cü illərdə 18 yaşadək əcnəbi futbolçularla müqavilə bağlama qaydalarının pozulması göstərilib.
Mənbə:Milli.Az