Qadin.NET / İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək

İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək



Azərbaycan Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya rəsmi səfər edəcəyini təsdiqləyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Trend-ə bildirib ki, hələ ki səfərin tarixi haqqında dəqiq məlumat yoxdur. Tarix dəqiqləşdirildikdən sonra ictimaiyyətə bu barədə açıqlama veriləcək.

Xatırladaq ki, bəzi xarici media Aviqdor Libermanın Bakıya rəsmi səfər edəcəyi barədə məlumat yaymışdı.

Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK