Futbol üzrə Fransa Kubokunda yarımfinal mərhələsinə start verilib
Qol.Az-ın xəbərinə görə, ilk oyun günündə bir görüş baş tutub.
"Renn" doğma meydanda "Anje" ilə qarşılaşıb. Beş qolun vurulduğu qarşılaşmada meydan sahibləri qələbə qazanıblar - 3:2. Bununla da "Renn" finala vəsiqə qazanıb.
Qeyd edək ki, digər finalçının adına bu gün keçiriləcək "Guingamp" - "Monako" oyunundan sonra aydınlıq gələcək.
16 aprel
Fransa kuobku, yarımfinal
"Renn" - "Anje" - 3:2
17 aprel
"Guingamp" - "Monako"
Mənbə:Milli.Az